Sahibkarlıq sahəsində daha bir il yoxlama olmayacaq - Yeni qanun

img

12-02-2021 [15:40]


Milli Məclisin yaz sessiyasının bu gün keçirilən növbəti plenar iclasında “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Mia.az xəbər verir ki, dəyişikliklə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti 2021-ci il yanvarın 1-dən 2022-ci il yanvarın 1-dək uzadılır.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR