Klublararası dünya çempionatı: "Əl-Əhli" ilə "Palmeyras" üz-üzə gəliblər

img

11-02-2021 [22:04]


Qətərdəki klublararası dünya çempionatında 3-cü yer uğrunda oyun keçirilib.

Məlumata görə, bürünc medallar uğrunda görüşdə Misirin "Əl-Əhli" və Braziliyanın "Palmeyras" komandaları üz-üzə gəliblər.

Matçın əsas vaxtı qolsuz başa çatdığından qalibi müəyyənləşdirmək üçün birbaşa penaltilər seriyasına keçilib. Burada daha dəqiq (3:2) oynayan Afrika təmsilçisi 3-cü yerin sahibi olub.

Qeyd edək ki, turnirin final matçı bu gün Almaniya "Bavariya"sı ilə Meksika "Tiqres"i arasında olacaq. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA