Avropa çempionatı nəzərdə tutulan vaxtda keçiriləcək

img

11-02-2021 [20:15]


Futbol üzrə 2020-ci il Avropa çempionatı nəzərdə tutulan vaxtda keçiriləcək.

Bu barədə UEFA-nın AVRO-2020-nin Stadionlarındakı Əməliyyat rəhbəri Andreas Şar "Sport-Express" nəşrinə açıqlamasında deyib.

O bildirib ki, turnirə 12 şəhərin hamısı ev sahibliyi edəcək: "Bəli, vəziyyətin necə inkişaf etdiyini izləyirik. Amma bu an üçün 12 şəhərin hər biri siyahıdadır".

Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA