Akardan Azərbaycanla bağlı daha bir mesaj: "Nə lazımdırsa etdik və edəcəyik" 

img

11-02-2021 [15:53]


“Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin əməkdaşlıq etməsi çox vacibdir. Ölkələrimizin, xalqlarımızın, nəcib türk millətinin müdafiəsi və təhlükəsizliyi üçün Türkiyə və Azərbaycan ordularına hər kəsin etibar etməli olduğunu göstərdik”.

Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Qarsda keçirilən Türkiyə-Azərbaycan birgə hərbi təlimlərində çıxışı zamanı deyib.

Türkiyə və Azərbaycanın qardaş dövlətlər olduğunu xatırladan nazirin sözlərinə görə, bunun sözdə olmadığını 44 günlük hərəkat açıq-aydın göstərib.

“Bizim həqiqətən də kədərimiz və sevincimiz birdir. Nə lazımdırsa etdik və edəcəyik. İnşallah, bundan sonra da əməkdaşlığımız davam edəcək. Azərbaycanlı qardaşlarımız bizimlə bərabər qardaşcasına əmin-amanlıqda yaşayacaqlar”, - deyə H. Akar vurğulayıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA