"Qalatasaray"ın azarkeşlərə görə itkisi 33 milyon avro olub

img

11-02-2021 [14:57]


Türkiyənin "Qalatasaray" klubunun cari mövsüm tribunalardan itkisi 33 milyon avro olub.

Bu barədə İstanbul təmsilçisinin I vitse-prezidenti Abdurrahim Albayrak açıqlama verib.

Klub rəsmisi bunun önəmli məbləğ olduğunu söyləyib.

O, uruqvaylı qapıçıları Fernando Musleranın klubdakı taleyi ilə bağlı danışıb: "Muslera klubumuzun simvoludur. "Qalatasaray"lıdır və bizimlə qalmağa davam edəcək. Sözləşməsi bitən digər futbolçularla da danışıqlarımızı davam etdiririk".

Abdurrahim Albayrak Radamel Falkaonun da komandada qalacağını və onun üçün kluba təklif gəlmədiyini vurğulayıb.

Qeyd edək ki, hazırda Türkiyədə futbol matçları azarkeşsiz keçirilir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA