Türkiyə MN: "Azərbaycana göndərdiyimiz minatəmizləyənlər uğurla sınaqdan keçib"

img

10-02-2021 [17:35]


Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycana göndərilən minatəmizləyən maşınların sınaqdan keçirilməsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən bildirilib ki, Hərbi Zavod və Tərsanə Müəssisəsi (HFTM) tərəfindən istehsal edilən Mexaniki Minatəmizləmə Təchizatı (MEMATT) Azərbaycanda bütün sınaqlardan keçib.

İlk dəfə Azərbaycana ixrac olunan MEMATT-ların sınaq və təlim işlərini Azərbaycan Ordusunun Mühəndis Qoşunları İdarəsinin rəisi, general-mayor Anar Kərimov və HFTM nümayəndələri müşahidə edib.

Qeyd olunub ki, MEMATT-ın Türkiyə Silahlı Qüvvələrinə istismara verilməsi ilə eyni zamanda aparılan ixracat fəaliyyətlərindən müsbət nəticə alınaraq Azərbaycana 20 maşının çatdırılmasına dair razılaşma imzalanıb.

Türkiyənin öz daxili imkanları hesabına istehsal etdiyi, məsafədən idarəolunan və insansız sistemə malik MEMATT minatəmizləmə fəaliyyətində itkilərin qarşısını almaq məqsədilə hazırlanıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA