“Qış-2021”:  türk hərbçilər and içdi

img

10-02-2021 [15:51]


Azərbaycan hərbçilərinin də qatıldığı “Qış-2021” təlimlərində iştirak edən Türkiyə hərbçiləri komando andı içiblər.

Andiçmənin görüntülərini Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.

Qarlı dağ şəraitinə uyğun şəkildə geyinən türkiyəli hərbçilər Azərbaycan və Türkiyə bayraqlarının əks olunduğu maskalar taxıblar.

Qeyd edək ki, “Qış təlimi-2021” Türkiyə Silahlı Qüvvələrinin və Əlahiddə Ümumqoşun Ordunun bölmələrinin iştirakı ilə keçirilir. Təlimlər fevralın 12-də başa çatacaq./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA