“Azərsu” ASC indi də dron alır

img

10-02-2021 [11:25]


“Azərsu” ASC mövcud obyekt və qurğuları, həyata keçirilən tikinti-quraşdırma layihələri, istismar və sahələr üzrə çəkilişlərin aparılması üçün dron və batareyanın satın salınması üçün kotirovka sorğusu elan edib.

Mia.az xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini fevralın 15-I, saat 12:00-a qədər səhmdar cəmiyyətinin yerləşdiyi Bakı şəhəri, Moskva prospekti, 67 ünvanına təqdim edə bilərlər.

Əlaqələndirici şəxs qurumun Satınalmaların İdarə Olunması Departamenti rəisinin müavini Murad Abışev və Tural Rzayevdir. Telefon: (012) 431-47-67(daxili: 10-87) və (012) , 431-47-67 (daxili: 22 66).

Təkliflərə fevralın 16-sı, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA