General Rüstəm Muradov: "Bu gün Bakıya bir, Yerevana 5 qaytarılıb"

img

09-02-2021 [23:38]


Azərbaycanla Ermənistan arasında hərbi əsirlərin növbəti mübadiləsi baş tutub.

Bu barədə Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradov bildirib.

O, qeyd edib ki, Bakıya bir, Yerevana isə beş əsir çatdırılıb.

"Bu gün əsirlərin növbəti mübadiləsi həyata keçirilib. Mənim şəxsi nəzarətim altında Rusiya sülhməramlıları tərəfindən aparılan iş nəticəsində Rusiyanın Kosmik Hava Qüvvələrinin təyyarəsi ilə Bakıya bir əsir çatdırılıb və beş əsir Yerevana qaytarılıb", - Muradov jurnalistlərə deyib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA