KTN-nin şöbə müdirinə yüksək vəzifə verildi - Rabitə sektorunda daha bir təyinat + FOTO

img

09-02-2021 [18:18]


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (NRYTN) yeni təyinat olub.

Məlumata görə, nazir Rəşad Nəbiyevin əmri ilə Asif İsmayılov qurumun aparat rəhbərinin müavini təyin edilib.

Qeyd edək ki, A.İsmayılov Kənd Təsərrüfatı Nazirliyinin Elektron hökumətin tətbiq edilməsi şöbəsinin müdiri olub.

NRYTN-in aparat rəhbərinin müavini Zamin Nurəhmədov ötən həftə vəzifəsindən azad edilib.

Bundan əlavə, nazirin əmri ilə Nazirliyin maliyyə və hesabatlıq şöbəsinin müdiri Gülru Hüseynova tutduğu vəzifəsini tərk edib/Report.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA