Ermənistandan Qarabağa əsgər göndərilməsi dayandırılıb

img

09-02-2021 [15:31]


Ermənistandan Rusiya sülhməramlılarının nəzarət etdiyi Azərbaycanın Qarabağ bölgəsinə hərbçilərin göndərilməsi dayandırılıb.

Məlumatı “Sputnik Armeniya” yayıb.

Bildirilib ki, Ermənistanda faktiki olaraq silahlı qüvvələrin qış çağırışı başlayıb. Məlumata görə, çağırışçılar ölkədən kənarda deyil, yalnız Ermənistanda yerləşən hərbi hissələrdə xidmət edəcək.

O da qeyd edilib ki, xidmət ediləcək hərbi hissənin seçilməsi ilə bağlı ənənəvi püşkatılan yerlər siyahısında Qarabağın adı göstərilməyib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA