COVID-19 testini telefonla keçmək mümkün olacaq

img

09-02-2021 [15:22]


Fransanın Lill Universitetinin mütəxəssisləri mobil telefon vasitəsilə koronavirus testindən keçmək imkanı yaradan cihaz hazırlayıblar.

BFM xəbər verir ki, zahirən flashcarda bənzəyən yeni cihaz telefona taxılandan sonra üzərinə yerləşdirilən birdəfəlik test zolağına burundan götürülən mayenin bir neçə damlası çəkilir.

Tədqiqatın rəhbəri professor Sabin Szünerits adi tüpürcəklə testdən keçməyin mümkün olacağı cihaz üzərində çalışdıqlarını bildirib.

Onun sözlərinə görə, koronavirusun ətrafındakı spayk proteinlər cihazdakı elektrik sahəyə təsir edərək elektrik siqnalının gücünü dəyişdirir.

Yeni cihaz 10 dəqiqə ərzində nəticəni göstərir və 90 faizlik səmərəyə malikdir. Testin nəticəsi qrafik və rəqəmlərlə birgə telefonun ekranına gəlir.

Hazırda müəlliflər tam klinik sınaqlardan keçmiş yeni cihazın istehsalı üçün sponsor axtarırlar/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA