Qarabağ zonasında daha iki erməni hərbçinin cəsədi tapıldı

img

08-02-2021 [23:54]


Ermənilərin Füzuli rayonunda apardıqları axtarışlar zamanı bu ölkənin ikinci Qarabağ müharibəsində itkin düşmüş daha 2 hərbçisinin meyiti aşkarlanıb.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, meyitlərin şəxsiyyəti hələ məlum deyil. Bu səbəbdən də meyitlər məhkəmə-tibbi ekspertizadan keçiriləcək.

Qeyd edilir ki, bununla da Qarabağda meyitləri tapılan itkin erməni hərbçilərinin meyitlərinin sayı 1 367-yə çatıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA