Tanınmış klub Çempionlar Liqasından kənarlaşdırıldı

img

08-02-2021 [19:41]


Çinin "Şandun Lunen" komandasının Asiya Çempionlar Liqasında iştirakına qadağa qoyulub.

 Asiya Futbol Konfederasiyası xəbər verir ki, buna klubun ödənişləri gecikdirməsi səbəb olub.

Nəticədə Tszinan təmsilçisinin lisenziyası alınıb və komanda turnirdən kənarlaşdırılıb.

Klub 2021 mövsümündə Çempionlar Liqasının qrupunda mübarizə aparmalı idi. Qrup oyunları apreldə başlayacaq.

Qeyd edək ki, ötən mövsüm Çin kubokunu qazanan "Şandun Lunen" komandasında Maruan Fellaini və Tamaş Kadar kimi tanınmış futbolçular çııxş edir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA