Ramin Bayramlı Səlim Müslümovun dayısının həyat yoldaşını işdən çıxardı

img

08-02-2021 [18:53]


Ağsu Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi işdən çıxarılıb.

Mia.az Unikal.org-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə Ağsu RMX-nin baş həkimi Şəhrəbanu Məlikova tutduğu vəzifədən azad olunub. Onun yerinə isə müavini Əli Hüseynov təyin edilib.

Qeyd edək ki, vəzifəsindən azad olunan Ş.Məlikova bir neçə gün öncə həbs edilən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun dayısının həyat yoldaşıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA