AZƏRBAYCAN ORDUSUNUN DAHA İKİ GENERALININ VƏZİFƏDƏN ÇIXARILMA XƏBƏRİ TƏSDİQLƏNDİ -  MN-dən açıqlama + FOTO

img

08-02-2021 [17:05]


Azərbaycan Ordusunun birlik komandirləri general-leytenant Rövşən Əkbərov və general-mayor Xəqani Cəbrayılov vəzifələrindən azad ediliblər.

Mia.az-ın məlumatına görə, bu barədə Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Nazirlikdən bildirilib ki, hər iki general ehtiyata buraxılıb.

Xatırladaq ki, bundan əvvəl Baş Qərargah rəisi, general Nəcməddin Sadıkov da ordudan uzaqlaşdırılıb.

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA