Fevralın 15-də hansı universitetlər əyani tədrisi bərpa edəcək? - Daha 5 ali məktəbdən açıqlamalar
08-02-2021 [15:29]
Azərbaycanın bəzi universitetləri bir illik fasilədən sonra tədrisi əyani formada bərpa etməyə hazırlaşır. Həmin ali məktəblərin tələbələri fevralın 15-də dərsə gedəcəklər və 2020-ci ilin martın 2-dən sonra ilk dəfə auditoriyada əyləşəcəklər. “Report” universitetlərdə tədrisin bərpasına hazırlıqla bağlı araşdırma aparıb.
Azərbaycan Tibb Universitetinin Tədris hissəsinin müdiri Samir Cavadov açıqlamasında bildirib ki, məsələ ilə bağlı fevralın 5-də Təhsil Nazirliyinin nümayəndələri ilə görüş keçirilib, lakin hələlik son qərar qəbul edilməyib: “Bütün universitetlərlə danışılıb ortaq məxrəcə gəlinəcək. Sadəcə bilirik ki, ənənəvi tədrisin təşkili düşünülür. Amma necə və hansı formada olması barədə dəqiq informasiyamız yoxdur. Univeristetimizdə təcrübə tələb edən ixtisasların sayı çoxdur. Ona görə də əyani tədrisin bərpası üçün yollar axtarırıq”.
Bakı Mühəndislik Universitetinin (BMU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib ki, fevralın 15-dən etibarən praktiki məşğələlər tələb olunan ixtisaslar (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) üzrə və tələbələrin fiziki iştirakını tələb edən fənlərin tədrisinin ənənəvi formada bərpa olunması nəzərdə tutulur: “Hazırda BMU-da bu qəbildən olan dərslərin hansı qrafiklə və hansı zəruri ixtisaslar üzrə keçiriləcəyi ilə bağlı dəqiqləşdirmələr aparılır. Mühəndislik, Memarlıq və inşaat və Pedaqoji fakültənin müəyyən ixtisaslarının tələbələrinin ənənəvi dərslərə cəlb edilməsinin xüsusi qrafik əsasında, növbəlilik prinsipi qorunmaqla həyata keçirilməsi planlaşdırılır. Bununla yanaşı, pandemiya şəraitində tələbələrin sıxlığı da nəzərə alınacaq. Bunun üçün BMU-da geniş imkanlar var. Belə ki, universitet tədris prosesini təmin etmək üçün geniş və ən son avadanlıqlarla təchiz olunmuş laboratoriyalarla təchiz olunub. Laboratoriyaların geniş olması tələbələr arasında sosial məsafənin saxlanılmasına imkan verəcək. Mövcud qərarla bağlı laboratoriyalar hazırlıq vəziyyətinə gətirilib”. Onun sözlərinə görə, koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə BMU-da mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirilir: “Eyni zamanda hər kəs universitetə elektron termometrlə hərarəti ölçüldükdən sonra yalnız tibbi maska ilə buraxılacaq, sosial məsafə gözləniləcək və şəxsi gigiyena qaydalarına ciddi nəzarət olunacaq. Bunun üçün universitetin bütün binaları dezinfeksiyaedici məhsullarla təmin olunub”.
Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat katibi Sevinc İsgəndərova “Report”a vurğulayıb ki, Təhsil Nazirliyi ənənəvi tədrisin başlaması ilə bağlı məsələni ali təhsil müəssisələrinin öhdəsinə buraxıb: “Yəni zəruri olarsa, dərslər ənənəvi formada keçiriləcək, əks halda isə tədris onlayn formada davam etdiriləcək. AzTU həftə ərzində bütün bu məsələləri müzakirə edib nəticəsi haqqında nazirliyə məlumat verəcək. Nəzərə almaq lazımdır ki, hazırda tələbələrin böyük əksəriyyəti rayonlardadır. Ona görə də bütün bu suallar həftə ərzində müzakirə olunacaq və ictimaiyyətə məlumat veriləcək”.
Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin Mətbuat və informasiya şöbəsinin rəhbəri Nəcibə Mirzəyeva “Report”a deyib ki, təmsil etdiyi ali məktəbdə fevralın 15-dən ənənəvi tədrisin bərpası üçün işlərə başlanılıb. Onun sözlərinə görə, məsələ ilə bağlı bütün fakültələrə tapşırıq verilib: “Onlar dərs cədvəllərini Tədris şöbəsinə göndərib. Orada araşdırılacaq. Bu işi tənzimləmək çətindir. Elə fakültələr var ki, onlarda laboratoriya dərsləri həftədə iki dəfədir. Bu iki dərsə görə rayonlarda yaşayan tələbələri Bakıya gətirmək məsələsi var. Məsələn, Memarlıq ixtisasında laboratoriya dərsləri daha çoxdur deyə bu fakültədə dərslər bərpa olunacaq. Çünki onların çox dərsləri əyani şəkildə keçirilməlidir. Digər fakültələrdə, məsələn, Su təsərrüfatı fakültəsi, Mühəndis kommunikasiya sistemləri fakültəsi və Nəqliyyat fakültələrində də laboratoriya dərsləri var, amma say etibarilə onun üzərində iş gedir. Bu məsələlər araşdırılandan sonra otaqlar hazır vəziyyətə gətiriləcək və karantin qaydaları gözləniləcək”.
Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetindən isə "Report"a bildirilib ki, tədrisin bərpası üçün dəqiqləşdirmələr aparılır.
Qeyd edək ki, Təhsil Nazirliyinin qərarı ilə ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) fevralın 15-dən ənənəvi formada bərpa olunacaq.
Xatırladaq ki, bəzi ali məktəblərdə dərslər bərpa edilməyəcəyi məlum olub.
TRAMP İRAQI HƏDƏLƏDİ: "Əgər onu Baş nazir seçsəniz..."
Ərdoğanla Tramp telefonda danışdı - Nələr müzakirə olunub?
BMT-dən Fars körfəzindəki gərginliyə reaksiya: "Çox narahatıq"
"AVROPA OYANDI" - Almaniya kansleri ABŞ-a belə mesaj verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Özümüzü "Liverpul"la oyuna kökləməliyik" - Qurban Qurbanov
İsrail təyyarəsi Suriyanın əkin sahələrinə naməlum maddə səpib - Test nümunələri götürülüb
Türkiyə ilə Nigeriya arasında doqquz yeni sənəd imzalandı - SİYAHI
Ali Məclisin Aparat rəhbəri vəzifədən azad edilib
"Beşiktaş"ın futbolçusuna ağır itki üz verdi - Atası qəzada öldü
Nigeriya prezidenti Ankarada qarşılanma mərasimində yıxıldı - Hadisə anının VİDEOSU
Azərbaycanla Errmənistan arasında yeni razılaşma olub - Mayeləşdirilmiş qaz və bitumla bağlı
"Qalatasaray"ın həbsdə olan keçmiş vitse-prezidentinn obyektinə silahlı hücum olub - Gecə yarısı
Əli Əsədov hökumət üzvlərini topladı: iclas keçirildi - FOTO
PA-nın vəzifəli şəxslərinin qəbul günü açıqlandı - CƏDVƏL
Şəki Olimpiya Kompleksində ciddi səhvlərə yol verilib - FOTO
Fəhlə daş karxanasında faciəli şəkildə ölüb
Tramp bölgəyə nəhəng hərbi qüvvə göndərdiyini təsdiqlədi: "İranın razılaşmaq istəyir, dəfələrlə zəng ediblər"
NAZİR MƏRKƏZ DİREKTORUNU VƏZİFƏDƏN AZAD ETDİ - Yeni təyinat
Hava ilə bağlı daha bir xəbərdarlıq yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu! - FOTOLAR
MÜŞAVİR və ŞÖBƏ MÜDİRİ NAZİR MÜAVİNLƏRİ TƏYİN EDİLDİ - KTN-də maraqlı dəyişiklik (FOTO, YENİLƏNİB)
Rusiya mediasında Azərbaycan-Türkiyə münasibətlərini pozmağa cəhd edirlər - "Dezinformasiya yayırlar"
Sabah bəzi rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
Məşhur generalın cərrah qardaşı Bakıda marşrutda ölüb
Qəzzada ölənlərin sayı 71662-yə yüksəlib
Bakıda polis əməliyyatı: saxlanılanlar var
Sahibə Qafarova Saqr Qobaşla görüşüb - Müzakirə
İran hökumətinin sözçüsü: "Müharibəyə tam hazırıq"
Nəsimi rayonunda 36 kq narkotik aşkarlanıb
Kəmaləddin Heydərov Xalq artistinin qızını vəzifədən çıxardı - Təranə Qumral istəyinə çatdı
XARİCİ DİLİ ÜZRƏ İMTAHAN MODELİ DƏYİŞİR - DİM-də müzakirə aparılıb
Milli Məclisə “Uşaq hüquqları haqqında” qanun layihəsi daxil olub
İSRAİL və İRAN YENİDƏN "AYAQLANIB": XİN rəsmiləri 3 gün ara ilə Bakıya niyə gəldi? - TƏHLİL
Qaraçuxurda qohumunun evindən 51 min manat oğurlayan qadın tutulub
Elçin Məsiyev UEFA Avropa Liqasına təyinat alıb
Qaz limiti barədə qərarın dəyişəcəyi gözlənilir - Deputat danışdı
AZAL Gürcüstana səfər edənlərə xəbərdarlıq edib
Məhkəmə Əli Kərimliyə "yox" dedi - AXCP sədri azadlığa buraxılmadı
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb - XƏBƏRDARLIQ