Azərbaycan kuboku: yarımfinalın bütün iştirakçıları müəyyənləşib

img

07-02-2021 [19:20]


Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Məlumata görə, bu raundun son cavab matçında "Zirə" və "Neftçi" komandaları üz-üzə gəliblər.

Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma qolsuz başa çatıb.

İlk oyunda rəqibinə 1:0 hesabı ilə qalib gələn "qartallar" iki görüşün nəticəsinə əsasən yarımfinala adlayıb. "Zirə"nin bu mərhələdəki rəqibi günün ilk matçında Gəncədə "Kəpəz"i 2:0 hesabı ilə məğlub edən "Keşlə" olacaq.

Qeyd edək ki, dünən keçirilmiş oyunlarda "Qarabağ" səfərdə "Qəbələ"ni 3:0, "Sumqayıt" isə "Səbail"i 2:1 hesabı ilə məğlub edərək yarımfinalda rəqib olublar. Bu mərhələnin görüşləri 21-29 apreldə oynanılacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA