Bill Qeyts bəşəriyyəti daha bir qlobal təhlükənin gözlədiyini iddia edir: "Çoxsaylı insan qurbanları olacaq"

img

07-02-2021 [18:10]


“Microsoft”un banisi, Amerika sahibkarı Bill Qeytsin bəşəriyyəti gözləyən yeni qlobal təhlükənin mövcudluğu barədə xəbər verib.

Bu barədə "Qovorit Moskva” bildirib.

Qeytsin sözlərinə görə, bəşəriyyət yeni təbii kataklizmlər gözləyir.

"Koronavirus pandemiyası zamanı olduğu kimi, çoxsaylı insan qurbanları olacaq", - iş adamı deyib.

O, bioterrorizmi böyük təhlükə adlandırıb.

“Bütün bəşəriyyətə geniş ziyan vurmaq istəyən hər kəs yeni bir ölümcül virus yarada bilər", - “Microsoft”un qurucusu bildirib.

Daha əvvəl Bill Qeyts COVID-19 pandemiyasında iştirakını təkzib edib. Sosial şəbəkələrdə və onlayn mediada onun pandemiyanın başlanğıcında iştirakı haqqında iddialar irəli sürülüb. Lakin Bill Qeyts bunları təkzib edib. Sahibkar bildirib ki, pandemiyada əli olması barədə fikirlər axmaqlıqdır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA