Türkiyə və Azərbaycan hərbçilərinin birgə təlimi davam edir - VİDEO

img

07-02-2021 [15:17]


Əlahiddə Ümumqoşun Ordu və Türkiyə Silahlı Qüvvələri bölmələrinin iştirakı ilə keçirilən “Qış təlimi-2021” təlimləri davam edir. Təlim çərçivəsində Türkiyə və Azərbaycan ordusunun Qarsda təlim keçən hərbiçilərinə havada və məsafədən atlanma üzrə təlim keçilib.

Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimə aid Türkiyə MN-nin Twıtter  səhifəsində yer alan  videogörüntü  “Qartal kimi göydə süzür, aslanlar kimi yerdə kükrəyir, bir dastandır könüllərdə” ifadələri ilə yayınlanıb.

Qeyd edək ki, fevralın 1-dən 12-dək Türkiyə ilə Azərbaycan ordusunun hərbiçilərinə Qarsda ortaq hərbi təlimlər keçiriləcək/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA