Azərbaycandakı diplomatarlar Zəngilana səfər ediblər

img

06-02-2021 [18:09]


Ermənistanın işğalından azad olunan ərazilərə səfər edən xarici səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Xudafərin körpüsünü ziyarət edəndən sonra Zəngilan rayonuna yola düşüblər.

Məlumata görə, diplomatlar hazırda Zəngilan şəhərindəki vəziyyətlə tanış olurlar.

Onlara erməni işğalı nəticəsində şəhərin məruz qaldığı dağıntılarla bağlı məlumat verilib.

Diplomatları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və başqaları müşayiət edirlər.

Qeyd edək ki, diplomatlar səfər çərçivəsində Cocuq Mərcanlı kəndini, Cəbrayıl şəhərini və Xudafərin körpüsünü ziyarət ediblər/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA