Azərbaycanda daha 115 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı

img

06-02-2021 [17:42]


Azərbaycanda son sutkada koronavirus infeksiyasına 115 yeni yoluxma faktı qeydə alınıb, 201 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a bildilib ki, son sutkada 3 nəfər COVID-19-dan vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 231 022 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 224 961 nəfər müalicə olunaraq sağalıb, 3 156 nəfər vəfat edib. Hazırda 2 905 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 582, bu günə qədər isə ümumilikdə 2 446 300 test icra olunub".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA