Türkiyə səfiri: "Cəbrayılda gördüklərimiz insanlıqdan kənardır, əsl vəhşilikdir"

img

06-02-2021 [13:28]


"Azərbaycanın işğaldan azad etdiyi digər rayonlarında olduğu kimi, Cəbrayılda da eyni mənzərənin şahidi olduq. Bu ərazilərdəki dağıntılardan ibrət götürmək lazımdır".

Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Ermənistan tərəfindən dağıdılan Cəbrayıl şəhərindəki vəziyyətlə tanış olandan sonra jurnalistlərə açıqlamasında deyib.

“Şəhəri yerləbir etdiklərini, bütün abidələri, o cümlədən mədəniyyət abidələrini dağıtdıqlarını gördük. Hətta məzarları soyduqlarının, insan sümüklərinin ətrafa səpələndiyinin şahidi olduq. Bunlar insanlıqdan kənardır, əsl vəhşilikdir. Bütün bunların hesabı mütləq verilməlidir”, - diplomat bildirib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA