Azərbaycanda daha 152 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı

img

04-02-2021 [17:40]


Azərbaycandason sutkada koronavirus infeksiyasına 152 yeni yoluxma faktı qeydə alınıb, 263 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, son sutkada 3 nəfər COVID-19-dan vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 230 769 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 224 431 nəfər müalicə olunaraq sağalıb, 3 148 nəfər vəfat edib. Hazırda 3 190 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 640, bu günə qədər isə ümumilikdə 2 433 585 test icra olunub".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA