Azərbaycan milli komandalarının məşqçilər heyətində növbəti təyinatlar olub

img

03-02-2021 [16:36]


Karate üzrə Azərbaycan milli komandalarının məşqçilər heyətində növbəti təyinatlar olub.

Mia.az Report-a istinadla xəbər verir ki, para-karate və 14-15 yaşlı kata seçmə komandalarının hazırlanması işlərinə təcrübəli idmançılar cəlb olunub. Bundan sonra böyüklərdən ibarət kata milli komandasının üzvləri İsmayıl Quliyev Para-Karate üzrə, Tural Balcanlı isə 14-15 yaşlı yeniyetmələrin fərdi kata çıxışları üzrə köməkçi məşqçi işləyəcək. Xatırladaq ki, kata komandalarının baş məşqçisi Vahid Ayvazov, böyük məşqçisi Vüqar Kərimov, məşqçisi isə Anar Əhmədovdur.

Azərbaycan Milli Karate Federasiyasının rəhbərliyi karyerasını bitirən və yüksək nəaliyyətləri olan idmançıların təcrübəsindən perspektivli karateçilərin yetişdirilməsinə cəlb olunmağı davam etdirir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA