"PAŞA Bank"la ADA Universiteti arasında əməkdaşlıq davam edir
03-02-2021 [15:44]
Ölkənin aparıcı korporativ bankı PAŞA Bank, ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən təşəbbüsləri, o cümlədən gənclərin peşəkar inkişafına yönəldilən tədbirləri dəstəkləməyə davam edir.
Bu barədə ADA-dan Mia.az-a verilən məlumata görə, PAŞA Bank, 2021-ci ildə də Universitet tərəfindən karyera və təcrübə imkanları təklif edən tədbirlərin, yay düşərgəsinin, müxtəlif peşə və texniki yarışların təşkil edilməsinə öz töhfəsini verəcək. Ötən illərdə olduğu kimi, yüksək akademik göstəricilərə malik tələbələrə PAŞA Bank tərəfindən təqaüd ödənəcək.
Eyni zamanda, Bankın fərqli biznes sahələrində çalışan peşəkarların tələbələrlə görüşərək, bankçılıq və ümumilikdə maliyyə sahəsinə dair zəngin təcrübələrini bölüşməsi də planlaşdırılır. Tələbələr bu görüşlərdə ölkə iqtisadiyyatının inkişaf trendləri və biznes mühitinin dəyişməsi fonunda yaranan yeni imkanlar barədə müzakirələr apara biləcək.
PAŞA Bankın idarə Heyətinin sədri Taleh Kazımovun qeyd etdiyi kimi, istənilən qurumun və ya özəl şirkətin əsas strateji aktivi və təşkilati uğura aparan amili onun peşəkar kollektividir.
“Dünyada və regionda müşahidə olunan çağırışlarla dolu hazırkı dövrə sırf kadrların təcrübəsini davamlı şəkildə inkişaf etdirən, bu sahədə yetərincə sərmayə yatıran təşkilat uyğunlaşa biləcək və bununla da öz seqmentinin dayanıqlılığına töhfə verə biləcək. Bu mövqedən çıxış edərək biz, daima insan resurslarına, onların bilik və bacarıqlarının artırılmasına, peşəkar inkişafına böyük sərmayə yatırırıq. Azərbaycanın aparıcı korporativ bankı olaraq biz, həmçinin ölkənin müxtəlif ali təhsil ocaqları ilə memorandum bağlayaraq, gənclərin istedad və potensialını üzə çıxarmağa, bununla bazara və cəmiyyətə dəyər qatmağa çalışırıq. Rəqəmsal sahədə Azərbaycanın ən yaxşı işəgötürənlərindən biri hesab olunan PAŞA Bank, son illərdə yerli və beynəlxalq arenada əldə etdiyi nailiyyətləri, təcrübəni və ən müasir bilikləri ölkənin aparıcı ali təhsil ocaqlarından biri olan ADA Universitetinin gənc kadrları ilə paylaşmaq, onları gələcəkdə uğurlu karyera qurmağa təşviq etmək, bununla da iqtisadiyyatımızın dayanıqlı inkişafına öz töhfəsini vermək niyyətindədir. Bu dəyərlərə əsaslanaraq əməkdaşlıq etməyimizdən məmnunluq duyuruq.”, - deyə T.Kazımov bildirib.
“ADA Universiteti ilə PAŞA Bank arasında əməkdaşlıq gənclərin peşəkar inkişafına fayda verməklə yanaşı, həm də ölkəmizin milli kadr potensialının gücləndirilməsini təşviq edir. Universitet tərəfindən həyata keçirilən təşəbbüsləri dəstəkləyən PAŞA Bank, tələbələrimizin akademik imkanlarının daha da gücləndirilməsini təbliğ edir.”, - deyə ADA Universitetinin İcracı prorektoru Fariz İsmayılzadə bildirib.
Qeyd edək ki, PAŞA Bankın ADA Universiteti ilə əməkdaşlığı 2018-ci ildən başlayıb. Bankın dəstəyi ilə tələbələr üçün bir çox mühüm tədbirlər, Bankın İdarə Heyəti üzvləri ilə görüşlər, karyera yarmarkaları, o cümlədən hakatonlar və məlumat sessiyaları də təşkil olunub
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL QADIN NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi
AAYDA-da YOXLAMA: KEÇMİŞ SƏDRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Bir neçə vəzifəli şəxs istintaq cəlb olunub
Mikayıl Cabbarov özünə daha bir müşavir götürdü
“Rahat”, “Grandmart”, “Bolmart”...- İşçilərn maaşı niyə verilmir?
Xətainin icra başçısına ağır itki üz verib
“Neftçi”-“Qarabağ” oyununun təxirə salınmasının səbəbkarı kimdi? - Cenk Sümerdən mia.az-a eksklüziv ilginc açıqlama (VİDEO)
Mehriban Əliyeva AGF prezidenti seçildi - Yığıncaq + FOTOLAR
Dini təşkilatlar hesabat verib
"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı
TƏBİB sədri vəzifəsindən azad edildi - Vüqar Qurbanov "Qərara hörmətlə yanaşıram" dedi (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TƏBİB-in köhnə müavini - yeni sədr əvəzi kimlərə mesaj verdi: "Kadr dəyişikliyi olacaq"
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəlilabadda 52 yaşlı kişi öldürülüb
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq