"Azərsu" batır, sədrin ailə biznesi isə böyüyür... - Qorxmaz Hüseynovun yeni villa qalmaqalı da böyüyür + VİDEO
03-02-2021 [10:00]
Əhali üçün içməli su tariflərinin ikiqat qaldırılması bu sahədə inhisarçı olan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətini bir daha gündəmə daşıdı. Daha doğrusu, cəmiyyət bir daha bu qurumun yarıtmaz, korrupsiya iddiaları ilə dolu, insanları dövlətdən narazı salan fəaliyyətinə etirazını açıq büruzə verdi.
Təsadüfi deyil ki, Tarif Şurasının qərarından sonra keçən iki sutka ərzində “Azərsu” ASC-nin öz rəsmilərindən başqa heç kəs bu qurum haqqında hansısa müsbət fikir səsləndirmir. Cəmiyyət, mütəxəssislər, deputatlar illərdən bəridir dibsiz quyuya çevrilmiş ASC-nin fəaliyyətindəki qapalılığın, qeyri-şəffaflığın, qeyri-hesabatlılığın aradan qaldırılmasını tələb edir. Böyük neft gəlirlərinin axmağa başladığı 2000-ci illərdən indiyədək Azərbaycanda həm dövlətin öz cibindən, həm də dövlətin zəmanəti ilə xarici maliyyə qurumlarından alınan kreditlər hesabına ən çox investisiya yatırılan sahələrdən biri olan içməli su təsərrüfatında vəziyyət gözləntilərdən qat-qat aşağı sürətlə dəyişir.
ASC büdcədən təkcə supaylamadakı itkilərin azaldılmasına 3-4 milyard istəyib
2016-cı ildə təsdiqlənmiş “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə verilən məlumata əsasən, həmin zaman üçün ev təsərrüfatlarına suyun paylanması zamanı yaranmış itkilər təxminən 30-32 faiz təşkil edib. Bu, bir sıra ölkələrin müvafiq göstəricisi ilə müqayisədə (Türkiyə - 12 faiz, Polşa - 10 faiz, Yunanıstan - 8 faiz, Almaniya - 4 faiz) yüksək idi. Yol xəritəsində nəzərdə tutulurdu ki, 2020-ci ilədək “Azərsu” ASC-nin paylanmada olan itkiləri 31 faizdən 25 faizədək azaldılacaq. Bunun üçünsə su infrastrukturunun modernləşdirilməsinə 845 milyon manat investisiya sərf olunacaq. Yəni supaylama sistemindəki itkinin 6 faiz azaldılması üçün 1 milyard manata yaxın investisiya qoymaq lazım gələcəkdi. Bu hesabla götürsək, itkilərin həcminin dünya ortalaması olan 9-10 faizə salınmasına 3-4 milyard manat investisiya qoyuluşu gərəkdir. Elə “Azərsu” ASC-nin hazırladığı master planda da dövlətdən təxminən bu qədər vəsait istənilir. Qurumun 2019-cu ildəki fəaliyyətinə dair maliyyə hesabatında bu barədə bildirilir ki, “rəhbərlik gələcəkdə pul vəsaitlərinin axınını təmin etmək məqsədilə yeni infrastruktur layihələrinin tikintisi, həmçinin, mövcud qurğuların təmiri ilə bağlı Master Plan işləyib hazırlamışdır. Bu da Quruma abunəçilərinin sayını artırmaq, debitor borclarını toplamaq, satış üzrə zərərlərini azaltmağa imkan yaradacaqdır”.
Hesabatdan aydın olur ki, 2019-cu ildə ASC su satışından 128,643 milyon manat, kanalizasiya xidmətlərindən 57,251 milyon manat, digər satışlardan 7,142 milyon manat olmaqla cəmi 193,036 milyon manat gəlir əldə edib. Bu, 2018-ci ildəki 176,715 milyon manatdan 9,2 faiz çoxdur. Gəlir artsa da, ASC 2019-cu ili 592 milyon 488 min manat xalis zərərlə başa vurub. 2018-ci illə müqayisədə 2019-cu ildə qurumun xalis zərəri 112 milyon 287 min manat və ya 19 faiz artıb. "Azərsu" bu artımı “yeni su kəmərlərinin və kanalizasiya sistemlərinin tikintisi" və 1 m3 su və kanalizasiya xidmətinin maya dəyərinin orta satış qiymətindən 2 dəfəyə yaxın çox olması ilə əsaslandırır. Bildirilir ki, 2019-cu ildə 1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri 1.42 AZN, orta satış qiyməti isə 0.75 AZN olub. Halbuki 2018-ci il üzrə 1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri 1.30 AZN, orta satış qiyməti isə 0.74 AZN olub. Nəticədə 1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri orta satış qiymətini 0.56 manat və ya 1.75 dəfə səviyyəsində üstələyib. Göründüyü kimi, bir ildə ASC sistemində maya dəyərində 9,2 faiz artım baş verib. Normal halda, istehlakçı sayının, əhatə dairəsinin artması maya dəyərini azaltmalıdır, amma bizdə əksinə proses baş verib.
600 milyon manata yaxın zərər - təkcə bir ildə
İqtisadçı-ekspert Rövşən Ağayev diqqəti ASC-nin 2019-cu ildəki fəaliyyətinin nəticələrinə cəlb edir: “2019-cu maliyyə ilinin nəticələrinə görə, “Azərsu”nun yekun zərəri 592.5 milyon manat olub. Satışların maya dəyəri və bütün digər əməliyyat xərcələri ilə birlikdə məcmu xərcləri 800 milyon manat ətrafında dolaşıb. Ümumi gəliri 200 milyon manatdan bir az çox olub. Nəticədə 600 milyon manata yaxın əməliyyat zərəri yaranıb. İndi deyək tarifləri 2 dəfə artırmaqla zərərinizn 200 milyon manata yaxın hissəsini xalqdan çıxardınız. Bəs hazırkı xərcləmələrlə 400 milyon manatlıq yerdə qalan zərəri neynəyəcəksiniz? Yenə də büdcədən nasos kimi sorma davam edəcəkmi? Bəs xərcləri optimallaşdırmaq üçün hansı tədbirlər var? Niyə Hesablama Palatası hansı xərc maddələrində mümkün şişirtmələrin olduğuna dair mövqeyini ortaya qoymasın ki? Bu qurum hansı gün üçün yaradılıb”?
Ekspertin fikrincə, hesabatlılıq və şəffaflıq çox aşağı səviyyədə, korporativ idaretmə, ictimai nəzarət imkanı olmadığı bir şəraitdə xərclərin formalaşması, vəsaitlərdən səmərəli istifadə ilə bağlı quru statistik rəqəmlər ictimai güvən qazana bilməz: “Normalda heç olmazsa Hesablama Palatası Türkiyə nümunəsində olduğu kimi hər il bu şirkətləri kənar ictimaiyyət adına audit edə, hesabatların nəticələrini ictimailəşdirə bilər - bu da yoxdur. Ona görə də tariflər hesabına davamlı olaraq gəlirləri artırmaq çıxış yolu deyil - xərclərin optimllaşdırılması baş verməyincə, bu şirkətləri büdcənin boyunundan endirmək mümkün olmayacaq”.
"Azərsu" rəhbərinin biznes imperiyası da diqqətdən kənarda qalmayıb
“Azərsu” ASC-nin, xüsusilə onun rəhbərliyinin fəaliyyətindəki qeyri-şəffaflıq, korrupsiya elementləri barədə ölkə mətbuatı davamlı olaraq yazır. ASC rəhbəri Qorxmaz Hüseynovun yaxın qohumlarına hədiyyə edilən çoxmilyonlu tenderlərin siyahısı internet resurslarında gen-bol dərc edilib.
Elə dünən sosial şəbəkələrdə Qorxmaz Hüseynovun yaxın qohumları və onların müxtəlif dövlət qurumlarında tutduqları vəzifələr, həmçinin açdıqları şirkətlərin siyahısı yayılıb. Həmin siyahını təqdim edirik:
- "Natural Aqro" MMC-nin rəhbəri Araz Hüseynli - Qorxmaz Hüseynovun oğlu
- "Sənaye Tikinti-M” MMC və "Baba Dağ" MMC təsisçisi Məhəmməd Cavanşir oğlu Hüseynov - qardaşı
- SOCAR-ın qazma işləri üzrə trest rəisinin müavini Faiq Cavanşir oğlu Hüseynov - qardaşı
- SOCAR-ın Geofizika və Geologiya İdarəsinin rəis müavini Əmiraslanov Nicat Mətləb oğlu - yaxın qohumu
- "Azərsu" Yasamal rayonu su kanal idarəsinin rəis müavini İsmayılov Şakir Əhməd oğlu - Qorxmaz Hüseynovun xalası oğlu
- Azərsu SC xarici layihələr şöbəsinin müdür müavini İsmayılov Şahlar İsmayıl oğlu - Qorxmaz Hüseynovun qohumu ("DISTANT TRAVEL" MMC)
- “Hidro-İnşaat Servis” MMC-nin rəhbəri olan Cəbrayılov Namiq Cidalı oğlu - qaynı
- Bakı Su Kanal idarəsinin Həmkarlar Təşkilatının sədri Cəbrayılov Natiq Cidalı oğlu - digər qaynı
- "Azərsu" Su-Tikinti idarəsinin rəis müavini Cəbrayılov Nurəli Cidalı oğlu - digər qaynı
- Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin sədri Akif Məmmədov - qohumu
- Qorxmaz Hüseynovun bacısı oğlu Yusifəli isə boru və qum biznesini idarə edir
- Qaynı Cəbrayılov Namiq Cidalı oğlunun adına olan şirkətlər: "Xəzər Tur Travel" MMC, "Sevda" xüsusi kiçik müəssisəsi, "HİDRO TOP" MMC "OMİCRON" MMC "HİDRO MAKİNA" MMC "HİDRO İNŞAAT SERVİS" MMC "Komproqram proqramlaşdırma və texniki təchizat" müəssisəsi.
Q.Hüseynov öz rəhbərliyi altında olan dövlət şirkətindən qohumlarına məxsus, bu siyahıda sadalanan və sadalanmayan onlarla MMC-yə böyük həcmdə sifarişlər verib, verməkdə də davam edir. Onun rəhbərliyi ilə hazırlanan master planda dövlətdən umulan 3-4 milyard manatlıq investisiya yatırılarsa, Q.Hüseynovun qohum biznesinin daha da çiçəklənəcəyi heç də reallıqdan uzaq perspektiv sayılmaz. Lakin gedişat göstərir ki, Q.Hüseynov bu imkandan məhrum olacaq. Belə ki, hələ ötən ilin yayında – su təsərrüfatına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev içməli su təsərrüfatındakı dəhşətli vəziyəti xüsusi qeyd edib: “Azərsu, meliorasiya qurumları, sadəcə olaraq, dövlət investisiya proqramı müzakirə olunarkən fəallaşırdılar ki, onlara nə qədər dövlət büdcəsindən pay düşəcək. Bəzi hallarda onların təklif etdikləri layihələr, ümumiyyətlə, diqqətəlayiq deyildi. Sadəcə olaraq görürdüm ki, burada məqsəd dövlət vəsaiti götürüb ondan istifadə etməkdir. Amma ondan sonra bu layihələrin səmərəliliyinə kimsə baxıb? Kimsə bunu təhlil edib? Yox. Ona görə bəzi böyük həcmdə investisiya qoyulmuş layihələr faktiki olaraq heç bir səmərə verməyib. Necə ola bilər ki, suyun mənbəyi düzgün təhlil edilmir? O qədər böyük xərc çəkilir, boru xətləri çəkilir, vətəndaşlar buna sevinir. Sonradan min dənə bəhanə gətirirlər ki, belə oldu, elə oldu, su çatmadı, yeni mənbə axtarmalıyıq, yenə vəsait verin, yeni mənbə axtaracağıq. Buna son qoyulmalıdır. Ona görə mən bütün bu işləri mütəşəkkil qaydada tənzimləyəcəyəm. Aidiyyəti qurumlara göstərişlər verilib. Ciddi nəzarət mexanizmi olmalıdır. İlk növbədə, xərclərə ciddi nəzarət mexanizmi olmalıdır. Yoxsa Azərsudan, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyətindən sifariş gəlir, mənə bu qədər pul lazımdır ki, bunu edim. Amma sonra baxıb görürlər ki, bunun texniki-iqtisadi əsaslandırması yoxdur. Bu rəqəmlər haradan götürülüb? Havadan. İnvestisiya proqramına ciddi nəzarət yox idi, nəyi sifariş edirdilər, onu da verirdilər. Bəs sonra necə xərclənirdi? Buna son qoyulmalıdır”.
Qorxmaz Hüseynovun sədrlik yolunun sonu görünür - özəlləşdirməyə hazırlıq gedir...
Bu, əslində “Azərsu” rəhbərliyi üçün hansı yolun seçildiyini açıq ortaya qoyur. Eyni zamanda ölkə rəhbərliyinin iri dövlət şirkətləri ilə bağlı başlatdığı proses də göstərir ki, Q.Hüseynovun “Azərsu” rəhbəri vəzifəsindəki fəaliyyəti sona yetməkdədir.
İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, hökumət də deyir ki, dövlət şirkətləri qeyri-rentabelli çalışır, gəlirlilik aşağıdır, büdcəyə ödədiklərindən qat-qat artığını dövlətdən alırlar: “Bunun səbəblərini müəyyənləşdirmək üçün normal bir audit yetərlidir. Belə audit çox rahatlıqla müəyyən edəcək ki, qiymətlər, maya dəyəri harada şişirdilir, niyə dövlət şirkətlərinin hər biri bir nəslin, qohumların nəzarətindədir, ailə biznesinə çevrilib, nəyə görə tenderlər şəffaf deyil, satınalmalarda qiymətlər şişirdilir və sair”.
İqtisadçı hesab edir ki, hakimiyyət yalnız “Azərsu”da deyil, bütövlükdə kommunal xidmət sektorunda kəskin dəyişikliyə hazırlaşır: “Tariflərin qaldırılması, məsələnin görünən tərəfidir. Görünməyən tərəfi isə ondan ibarətdir ki, böyük ehtimalla, Azərbaycan hakimiyyəti qaz, su, elektrik enerjisinin paylayıcı şəbəkələrini özəlləşməyə açmağı planlaşdırır. Güman ki, şəbəkələr xaricdən dəvət olunacaq şirkətlərə veriləcək. Amma istehsal dövlətdə qalacaq – su anbarları, iri ötürücü xətlər və sair. Qazda və elektrik enerjisində də eyni olacaq. Xarici şirkətlərin gəlməsi üçün tariflərin yüksək olması lazımdır – onlar gələndən sonra bu addımı atmaq ciddi sosial gərginliyə yol aça bilərdi. Buna görə də hökumət indidən qiymətləri qaldırır ki, həm sonra sosai gərginlik yaranmasın, həm də təklif etdiyi şəbəkə gəlirliliyin yüksəkliyi ilə xarici investorları cəlb edə bilsin”/AFN.az
İranın 18 şəhərində iş dayandırıldı - Səbəb
Konfrans Liqası: 3-cü təsnifat mərhələsinin cavab oyunları bu gündən etibarən başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ülvi Quliyevlə Rafael Bünyatovun arasında gərginlik var? - Karate Federasiyasında müəmma...
Balıkəsirdə yenə zəlzələ olub
Rövşən Nəcəf: ""Qarabağ" komandasını ürəkdən təbrik edirəm"
Çempionlar Liqası: “Fənərbağça” pley-off mərhələsinə yüksəlib
Laçında müğənni öldürülüb
ÇL: "Qarabağ" "Şkendiya"nı darmadağın etdi
Pezeşkian Ermənistana gedir - Bu tarixdə
Vardanyanın məhkəməsi: Zərərçəkmiş şəxslərin və onların hüquqi varislərinin ifadələri dinlənilib
Finlandiyadakı təlimlərdə ABŞ-dən 500-ə yaxın hərbçi iştirak edəcək
Ceyhun Bayramov Ermənistan XİN başçısı ilə telefonda danışdı
Süleyman Babayev həbs edilib
Ərdoğanla Zelenski telefonda müzakirə aparıblar
Gürcüstan prezidenti Ankarayə gəlib
"Yaxşı olardı ki, səfir erməni dilini bilsin" - Sabiq nazir Ermənistana səfir göndəriləcəyi haqda suala “necə məsləhətdir”", - deyə cavab verdi
Mikayıl Cabbarovun bacanağı yüksək posta iddialıdır - Zakir İbrahimovla bağlı maraqlı iddia yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
ABŞ-da iki təyyarə toqquşub - Ölənlər var
Qəzzada daha 5 nəfər aclıqdan ölüb
907-ci düzəlişin haqsızlığı barədə - Saleh Məmmədov yazır
İndoneziyada zəlzələ baş verib - 6,5 bal gücündə
Dindarlar İlham Əliyevə müraciət ünvanlayıb - MƏTN
MİQ üzrə vakansiya seçimi: nəticələr açıqlanıb
Vilayət Eyvazovun vətəndaş qəbulunun tarixi dəyişib
Onlar bu xəstəxanalara direktor təyin edildi - FOTO
Cəmaləddin Quliyev: "70-dən çox ölkənin həmkarlar ittifaqları ilə əməkdaşlıq edirik"
Nelson Semedo: "Əlimizdən gələni edəcəyik"
Qəzzada daha 30 fələstinli həlak olub
Aparıcı Aytən Səfərovaya cinayət işi açılıb - O, nədə ittiham olunur? (AÇIQLAMA, YENİLƏNİB)
ABŞ-da ticarət mərkəzində silahlı insident: 2 nəfər öldürülüb
Azercell müştəri xidmətlərini rəqəmsallaşdırmağa davam edir
Joze Morinyo: "Əsas məqsədimiz pley-offa vəsiqə qazanmaqdır"
Dövlət Agentliyinə 1.5 milyon manat ayrılıb - Sərəncam
Prezident İlham Əliyev yeni fərman imzalayıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının inkişaf strategiyası təsdiqlənib
Robin Van Persi: "Mərhələni keçmək şansımızı 50% görürəm"
"Fənərbağça Basketbol" klubu Khem Birçin müqaviləsini uzadıb
Albaniya prezidenti İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
Prezident İlham Əliyev Elektron Hökumət İnformasiya Sistemi barədə fərman verdi - DETALLAR
Sabah hava necə olacaq? - Proqnoz
Xəzər dənizində zəlzələ olub
"Əlavə tədbirlər görülməlidir" - Əmirbəyov yeni anlaşmadan danışdı