Bayden ABŞ-ın xarici siyasət kursu ilə bağlı geniş bəyanat verəcək

img

02-02-2021 [23:49]


ABŞ prezidenti Cozef Baydenin ölkənin xarici siyasət kursu ilə bağlı geniş məzmunlu çıxışı fevralın 4-də baş tutacaq.

Bunu Ağ Evin mətbuat katibi Cen Psaki keçirdiyi brifinqdə söyləyib.

“Biz prezidentin bu həftənin cümə axşamı Dövlət Departamentinə gələcəyini təsdiq edirik. O, Amerikanın dünyadakı rolunun bərpası ilə əlaqədar çıxış edəcək”-deyə o, bildirib.

Qeyd edək ki, “NBC News” telekanalı yüksək vəzifəli mənbəyə istinadən ABŞ prezidenti Cozef Baydenin fevralın 1-də ilk dəfə geniş məzmunlu nitqlə çıxış edəcəyi barədə məlumat vermişdi/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA