AVR0-2022: millimiz səfərdə Yunanıstanı məğlub etdi

img

02-02-2021 [22:01]


Futzal üzrə Azərbaycan millisi AVR0-2022-nin seçmə mərhələsində ikinci oyununu keçirib.

Məlumata görə, 3-cü qrupda yer alan Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektiv səfərdə Yunanıstanla qarşılaşıb. Afinadakı Daiss İdman Sarayında oynanılmış qarşılaşma qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 3:0.

İlk iki qol 2-ci dəqiqədə vurulub. Əvvəlcə Vassura, daha sonra Eduardo Borges fərqlənib. Oyunda son nöqtəni isə 26-cı dəqiqədə Ramiz Çovdarov vurub.

Bu nəticədən sonra Azərbaycan yığması 6 xalla qrupa başçılıq edir. Hələ xalı olmayan Yunanıstan isə sonuncudur.

Avropa çempionatı

Seçmə mərhələ, 3-cü qrup

20:00. Yunanıstan - Azərbaycan - 0:3

Qollar: Vassura, 2, Eduardo Borges, 2. Ramiz Çovdarov, 26

Hakimlər: İbrahim El Jilali, Lars Van Leeuven (Niderland)

Afina, Daiss İdman Sarayı.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk oyununda evdə Slovakiyanı 4:1 hesabı ilə məğlub edib. Yunanıstan isə səfərdə Moldovaya uduzub - 1:3. Martın 4-də Azərbaycan Moldovanı, Slovakiya Yunanıstanı qəbul edəcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA