Rəşad Sadıqov: "İnanmadan nəticə qazanmaq çətindir"
02-02-2021 [20:22]
"İlk dəqiqələrdən oyun gərgin keçdi. Hər iki komanda mübarizə apardı. Dinamik oyun alındı. Qarşıda bizi daha bir 90 dəqiqə gözləyir. Hesab bizə üstünlük yaratmır. Rahatlaşmaq olmaz. Bu, yolverilməzdir. İlk hissənin sonundan rəqib daha irəli atıldı. Hər iki komandanın oyunu təqdirəlayiq idi".
Bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
39 yaşlı mütəxəssis bildirib ki, komandada qələbəyə inam var idi: "İnanmadan nəticə qazanmaq çətindir. İnam hər zaman hər şeyi həll etmir. Rəqibin də oyunu çox önəmlidir. Samir Abasovun gəlişi ilə "Neftçi"də yüksəliş var. Futbolçular kimə qarşı oynadıqlarını dərk edirdilər. İlk 90 dəqiqədə uğur qazandıq".
Sadıqovun sözlərinə görə, baş məşqçi kimi ilk ilində kuboku qazanmağı düşüncəsi yoxdur : "Səhər-axşam titul qazanım deyə bir şey yoxdur. Qarşımızdakı rəqiblər potensiallı və ciddi komandalardır. Qış fasiləsindən sonra hamı yaxşı təsir bağışlayır. Sadəcə hər oyun haqqında düşünürəm, futbolçuları qarşıdakı oyunlara hazırlayıram".
Baş məşqçi yeni transferlər haqqında da danışıb: "Yeni transferlər hazırlıq dövrünü bizimlə keçmədi. Filipe Paxtmanı meydana buraxdım ki, Azərbaycan futbolunu hiss etsin. Əslində hazır deyildi. Nemanya Ancelkoviçin oyunundan isə razıyam. Ümumilikdə hər ikisindən razı qaldım. İnanıram ki, zaman keçdikcə daha da inkişaf edəcəklər".
Sadıqov rəqibin güclü tərəflərini bildiklərini sözlərinə əlavə edib: "Öz düşündüklərimizi etdik. Emin Mahmudov "Neftçi"nin döyünən ürəyidir. Futbolçumuzla toqquşdu və əvəzləndi. İstəməzdim ki, hansısa oyunçu zədələnsin. Dodağı partlayıb, düşünürəm ki, ciddi olmayacaq"/Report.
Çempionlar Liqası: "Qalatasaray" "Liverpul"u devirdi, "Bavariya", "Real", "Atletiko"...
İsrail komandası velosiped yarışından kənarlaşdırıldı - İtaliyada
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BU DÖVLƏT ŞİRKƏTLƏRİ ÖZƏLLƏŞDİRİLƏCƏK - Asiya İnkişaf Bankı araya girdi, görüş oldu (SİYAHI)
İtaliya prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
İtaliya Prezidenti Bakıda - İlham Əliyevlə görüş oldu, birgə mesajlar verildi + FOTOLAR (YENİLƏNİB)
Xırdalan parkını itlər "işğal" edib: "Ərazidə 3 məktəb var, bir faciə baş verərsə..."
İsraildən həbs əməliyyatı: azad olunan 40 fələstinli yenə saxlanılıb
TRAMP QƏZZA PLANI İLƏ BAĞLI HƏMAS-a VAXT VERDİ: "3-4 günləri var"
AYNA: böyük məbləğdə tendersiz satınalmalar və... - SİYAHI
Oktyabrın 2-dək güclü külək əsəcək - Xəbərdarlıq
Azərbaycan və Belarus baş nazirləri görüşüb - Minskdə
Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək - "Qarabağ"ın oyununa görə
“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib - FOTOLAR
AYNA-ya əlavə səlahiyyətlər verildi - DƏYİŞİKLİK
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident baş prokurorun müavininə ali rütbə verdi - Sərəncam
Ceyhun Bayramov ABŞ rəsmilərini qəbul edib - Müzakirə
Qəzzada itki: ölənlərin sayı artıb
“Nar”ın rəhbərliyində dəyişiklik olub
Oktyabr ayında hava necə olacaq? - Proqnoz
Mislinin 50 qəpiyə 10 min uduş, yoxsa... - Mislinin növbəti kampaniyası pis vərdişlərə dərin iz açır
Cabir İmanov dəfn edilib... - VİDEO, FOTOLAR (Yenilənib)
"Yaşıl enerji məkanı" üzrə Alt İşçi qrupun III iclası keçirilib
Peşə təhsili müəssisələrinin siyahısı genişləndirilib
“Bəzi qüvvələr Cabiri bir az mənfi tərəfdən..." - Tahir İmanov qardaşı ilə vida mərasimində + VİDEO
Zahid Oruc yazır: "Dünya Azərbaycanın 90-cı illərini yaşayır"
“Özü 3-4 dəfə ərə gedib, həyatı pis gündədir, mənə deyir ki, niyə ərə getmirsən?" - VİDEO
"Mənə göstərilən etimada görə..." - Ayxan Abbasovdan açıqlama
Çin Türkiyənin enerji sektoruna sərmayə qoyacaq - 250 milyon dollar müəssisə qurulur
Əcnəbilərə icbari tibbdan istifadə imkanı yaradılacaq
"Azəriqaz"ın şöbə müdiri bu İnstituta prorektor təyin olundu - Nazirdən maraqlı dəyişiklik
Azərbaycan daha bir ölkədə səfirlik açacaq - Parlament qərar verdi
Rövşən Nəcəf Ayxan Abbasovla görüşdü - FOTO
Sabah yağış yağacaq
"Qalatasaray" - "Liverpul" matçı TRT 1-də yayımlanacaq