Azərbaycan Kuboku: "Neftçi" "Zirə"yə uduzub

img

02-02-2021 [20:03]


Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Məlumata görə, sonuncu matçda "Neftçi" "Zirə"ni qəbul edib.

“Bakcell Arena”dakı qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Zirə"nin heyətində qolu 26-cı dəqiqədə İlkin Muradov vurub.

Komandalar arasındakı cavab görüşü fevralın 7-də olacaq.

Günün digər matçında "Keşlə" Bakıda "Kəpəz"i 1:0 hesabı ilə üstələyib.

Qeyd edək ki, ilk 2 oyunda "Səbail" səfərdə "Sumqayıt"ı 1:0, "Qarabağ" evdə "Qəbələ"ni 3:1 hesabı ilə yenib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA