Yeni nazir iki köməkçini, müşaviri və aparat rəhbərinin müavinini vəzifədən çıxardı - Nazirlikdə ilk dəyişikliklər

img

02-02-2021 [15:59]


Yanvarın 26-da nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunmuş Rəşad Nəbiyev Nazirlikdə vəzifə tutan bir sıra şəxsləri işdən çıxarıb.

Mia.az xəbər verir ki, bu barədə Report-a qurumdakı mənbə bildirib.

Məlumata görə, vəzifəsini itirənlərdən biri keçmiş nazir Ramin Quluzadənin müşaviri, həm də Nazirliyə məxsus "AzInTelekom" MMC-nin direktoru vəzifəsini müvəqqəti icra edən Leyla Məmmədovadır. O, bundan sonra yalnız adı çəkilən şirkətə rəhbərlik edəcək.

Bundan başqa, Nazirliyin aparat rəhbərinin müavini Zamin Nurəhmədov, keçmiş nazirin köməkçiləri Emin Məmmədov və Mələk Məmmədova da vəzifələrindən azad edilib.

R.Quluzadənin hər iki köməkçisini özü ilə yeni iş yerinə (Prezidentin İşlər İdarəsinə) apardığı deyilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA