Masazırda ev partladı: xəsarət alanlar var

img

12-12-2013 [13:22]


Abşeron rayonu, Masazır qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 2 otaqlı evdə yanğınla nəticələnən partlayış hadisəsi baş verib. ANS PRESS-in FHN-in saytına istinaən verdiyi məlumata görə, yanğın nəticəsində ev yanıb. 

Partlayış zamanı evin plastik qapısı və pəncərələri qırılıb, divarlarda çatlar əmələ gəlib. Yanğın zamanı evdə 3 nəfər yanıq xəsarətləri ilə Təcili Tibbi Yardım tərəfindən xəstəxanaya aparılıb.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 03:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA