ÜST rəhbəri koronavirusla bağlı nikbin proqnoz verdi

img

01-02-2021 [23:49]


Dünyada COVID-19-a yoluxma hallarının sayı üçüncü həftədir ardıcıl enir, bu, onu göstərir ki, hətta yeni mutasiyalarla virusun yayılmasına nəzarət etmək olar.

"RİA Novosti” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi brifinqdə bildirib.

"Dünyada COVID-19-a yeni yoluxma hallarının sayı üçüncü həftədir ardıcıl enir. İndiyə qədər bir çox ölkələrdə yoluxma halları artır, amma bu, qlobal səviyyədə arxayınlaşdırıcı xəbərdir. Bu onu göstərir ki, virusa nəzarət etmək olar, hətta yeni variantların ortaya çıxması ilə", - o, deyib.

Onun sözlərinə görə, bu, həm də pandemiya ilə əlaqədar ictimai səhiyyə sahəsində tətbiq olunan tədbirlərin effektivliyini göstərir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA