Azərbaycan kuboku: "Qarabağ" "Qəbələ"yə qalib gəldi

img

01-02-2021 [19:59]


Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.

Məlumata görə, "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Qəbələ"ni qəbul edib.

Görüş Ağdam klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb. 33-cü dəqiqədə meydan sahiblərindən Uroş Matiç penaltidən yararlana bilməyib. Rəqib komandanın qapıçısı Anar Nəzirov serbiyalı yarımmüdafiəçinin zərbəsinin qarşısını alıb.

"Qarabağ"ın qollarını 55-ci dəqiqədə Kvabena Ovusu, 72 və 74-cü dəqiqələrdə Mahir Emreli vurub. "Qəbələ"dən isə 88-ci dəqiqədə Ceyms Adeniyi fərqlənib.

Komandalar arasında cavab matçı fevralın 6-da Qəbələdə olacaq.

Bu gün baş tutan digər oyunda "Səbail" səfərdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, 1/4 finalın digər iki qarşılaşması fevralın 2-də oynanılacaq. "Keşlə" I Divizion təmsilçisi "Kəpəz"i, "Neftçi" isə "Zirə"ni qəbul edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA