Azərbaycanda daha 77 nəfər koronavirusa yoluxub, 4 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı

img

01-02-2021 [18:36]


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 77 yeni yoluxma faktı qeydə alınıb, 160 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib: "Azərbaycanda indiyədək ümumilikdə 230 296 nəfər koronavirusa yoluxub. Onlardan 223 475 nəfər müalicə olunaraq sağalıb, 3 136 nəfər vəfat edib, aktiv xəstə sayı 3 685 nəfərdir.

Son sutka ərzində 3 984, bu günə qədər isə 2 412 034 test aparılıb".

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA