Spiker onlara vəzifələr verdi - MM-də yeni təyinatlar

img

01-02-2021 [16:48]


Milli Məclis Aparatında yeni təyinatlar olub.

Mia.az xəbər verir ki, Milli Məclis Aparatının İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin Yerli və mərkəzi icra orqanları ilə iş sektorunun müdiri Emin İmanov İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdir müavini təyin edilib.

Bundan əlavə, Milli Məclis Aparatının Katibliyinin keçmiş rəisi İlqar Əliyev Milli Məclisin komitələrin və komissiyaların işinin təşkili şöbənin müdir müavini təyin olunub.

Qeyd edək ki, hazırda Milli Məclis Aparatının Katibliyinin rəisi Teymur Tağıyevdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA