İnnovasiyalar Agentliyinə yeni səlahiyyət verildi - Hökumətdən daha bir qərar
30-01-2021 [14:27]
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi bundan sonra həm də innovativ layihələrin ictimaiyyət üçün açıq reyestrinin formalaşdırılması və aparılması ilə məşğul olacaq.
Bu, Baş Nazir Əli Əsədovun təsdiq etdiyi “İnnovativ layihələrin ictimaiyyət üçün açıq reyestrinin aparılması və “Startap” pasportunun verilməsi Qaydaları”nda öz əksini tapıb.
Qaydalara əsasən, reyestrin operatoru reyestrə daxil edilmiş məlumatların elektron informasiya ehtiyatında ümumi istifadə üçün açıq şəkildə yerləşdirilməsini təmin edir, layihələrin qeydiyyata alınması və qeydiyyatının ləğv edilməsinin elektron formada təşkili və idarə olunmasını həyata keçirir, reyestrdə qeydiyyatdan keçən ərizəçilərə “Startap” pasportu verir, reyestrə daxil edilmiş layihələrə dair məlumatların arxivləşdirilməsini və saxlanılmasını təşkil edir, reyestrin dayanıqlı, fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin edir, reyestrin formalaşdırılması və aparılması ilə bağlı xərcləri maliyyələşdirir.
Reyestrə məlumatların daxil edilməsi ilə bağlı müraciət edən şəxslərlə İnnovasiyalar Agentliyi arasında münasibətlər bu Qaydaların tələbləri nəzərə alınmaqla, “İnzibati icraat haqqında” qanunla tənzimlənir.
Bundan əlavə, “Startap” şəhadətnaməsini almaq üçün ərizəçi bu sənədlə müəyyən edilmiş ərizə ilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə müraciət edəcək.
Bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı qərarda əksini tapıb.
Qərara əsasən, Agentlik ərizədə və ona əlavə edilmiş sənədlərdə (məlumatlarda) çatışmazlıqlar aşkar etmədikdə, təqdim olunan sənədləri (məlumatları) qiymətləndirmək məqsədilə Agentlikdə yaradılmış Ekspertlər Şurasına təqdim edir. Ekspertlər Şurası aşağıdakı tərkibdə formalaşdırılır:
-Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən – 3 nəfər;
-Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən – 2 nəfər;
-Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən – 1 nəfər;
-Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyindən – 1 nəfər;
-Azərbaycan Milli Elmlər Akademiyasından – 1 nəfər;
-müstəqil ekspertlərdən – 3 nəfər.
Ekspertlər Şurasının sadə səs çoxluğu ilə qəbul edilmiş
müvafiq rəyi Agentliyə təqdim edilir.
Agentlik tərəfindən “Startap” şəhadətnaməsinin verilməsi
və ya verilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edilir. “Startap” şəhadətnaməsi 3 (üç) il müddətinə verilir.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL QADIN NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi
AAYDA-da YOXLAMA: KEÇMİŞ SƏDRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Bir neçə vəzifəli şəxs istintaq cəlb olunub
Mikayıl Cabbarov özünə daha bir müşavir götürdü
“Rahat”, “Grandmart”, “Bolmart”...- İşçilərn maaşı niyə verilmir?
Xətainin icra başçısına ağır itki üz verib
“Neftçi”-“Qarabağ” oyununun təxirə salınmasının səbəbkarı kimdi? - Cenk Sümerdən mia.az-a eksklüziv ilginc açıqlama (VİDEO)
Mehriban Əliyeva AGF prezidenti seçildi - Yığıncaq + FOTOLAR
Dini təşkilatlar hesabat verib
"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı
TƏBİB sədri vəzifəsindən azad edildi - Vüqar Qurbanov "Qərara hörmətlə yanaşıram" dedi (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TƏBİB-in köhnə müavini - yeni sədr əvəzi kimlərə mesaj verdi: "Kadr dəyişikliyi olacaq"
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəlilabadda 52 yaşlı kişi öldürülüb
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq