Əflatun Amaşovdan sərt reaksiya: "Bu, nə üçün ortaya atılıb, kimlərin marağına uyğundur?" 

img

30-01-2021 [00:03]


"Səhərdən məsələdən xəbərdar idim. İstədim fikir verməyim. Həm də gözlədim ki, axşam olsun, reaksiyalara baxım, özüm üçün müəyyən nəticə çıxarım".

Mia.az xəbər verir ki, sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov sosial şəbəkədəki səhifəsində yazıbv.

O qeyd edib ki, görünür, kimlərsə xəbərə baxıb şübhədə qalıblar:

"Ona görə münasibət bildirirəm.

Nə üçün ortaya atılıb, kimlərin marağına uyğundur? Guya mən Baş Prokurorluğa çağırılıb jurnalistlərə mənzil bölgüsü ilə bağlı dindirilmişəm.

Bəyan edirəm ki, belə bir hadisə baş verməyib. Bu, uydurmadır, ağ yalandır. Başqa nə deyə bilərəm ki...

Hər kəsə təşəkkür edirəm!".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA