Gürcüstan quru sərhədlərlə bağlı mövcud rejimi qüvvədə saxlayacaq

img

29-01-2021 [17:01]


Gürcüstan epidemioloji risklər nəzərə alınmaqla quru sərhədlərlə bağlı mövcud rejimi qüvvədə saxlayacaq.

Bu barədə ölkənin Dövlət Qurumlarıarası Koordinasiya Şurasının iclasında bildirilib.

Baş nazir Giorgi Qaxariyanın tapşırığına əsasən quru sərhədlərdən Gürcüstana daxil olma rejiminin dəyişdirilməsi üzrə işlər aparılır. Bunun üçün paralel olaraq epidemioloji tendensiyaların monitorinqi həyata keçirilir və vəziyyətin ətraflı təhlilindən sonra müvafiq qərarlar qəbul olunacaq.

Qeyd edək ki, Gürcüstan və Azərbaycan arasında sərbəst gediş-gəliş pandemiya səbəbindən ötən il martın 14-dən dayandırılıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA