Nəcməddin Sadıxovun oğlu ilə bağlı maraqlı iddia yayıldı

img

28-01-2021 [23:57]


Müdafiə Nazirliyinin Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi, general-polkovnik Nəcməddin Sadıxovun oğluna məxsus şirkərin dövlət büdcəsinə böyük həcmdə vergi borcu var.

Demokrat.az xəbər verir ki, 20.10.2010-cu il tarixində dövlət qeydiyyatına alınan və Nəcməddin Sadıxovun oğlu Məhəmməd Sadıxovun təsisçisi olduğu “Keystone” MMC-nin (VÖEN: 1302308941) dövlət büdcəsinə 636 min 522 manat 99 qəpik vergi borcu var.

Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 100 manat olan “Keystone” MMC-nin rəsmi veb-səhifəsində şirkətin  beton bloklar, yer daşı, səki daşı, qazon daşı, pilləkənlər və digər məhsullar hazırladığı göstərilib. Baş ofisi Azure Biznes Mərkəzində (24-cü mərtəbə) yerləşən “Keystone” MMC-nin beton blokları istehsalı edən zavodu Müşfiqabad-Sahil yolunun 6-cı kilometrində fəaliyyət göstərir.

Onu da bildirək ki, Nəcməddin Sadıxovun oğlu Məhəmməd Sadıxov əvvəllər Bakı Şəhər Vergilər Departamentinin rəis müavini, 2015-2016-cı illərdə isə Vergilər naziri Fazil Məmmədovun müşaviri olub.

Məhəmməd Sadıxov eyni zamanda 2009-cu ildə qardaşı Hüseyn Sadıqovla birgə “Keystone” MMC ilə eyni ünvanda (Nobel prospekti 15) yerləşən daha bir şirkət “Magus” MMC-ni təsis ediblər.(yeniavaz.com)




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA