2020-ci ildə Rusiyanın əhalisi kəskin azalıb

img

28-01-2021 [17:25]


2020-ci ildə Rusiyanın əhalisi 510 min nəfər azalıb.

 TASS xəbər verir ki, bunu Rusiya Federal Dövlət Statistika Xidməti açıqlayıb.

2021-ci il yanvarın 1-i vəziyyətinə əsasən, ölkə əhalisinin sayı 146 milyon 238 min təşkil edib.

Xidmətin məlumatına görə, sonuncu dəfə bu cür azalma 15 il öncə qeydə alınıb. Belə ki, 2005-ci ildəki 143,8 milyon əhali sayı 2006-cı ildə 143,2 milyona enib.

2007-2009-cu illərdə əhali sayı 142,7 milyona düşüb və 2010-cu ildən başlayaraq əhalinin sayımında artım qeydə alınıb. Beləliklə, 2012-ci ilə qədər əhali 143 milyona, 2014-cü ilə qədər 143,7 milyon, 2015-ci ildə isə artıq 146 milyonu ötüb. 2017-ci ildən bu yana bu rəqəm 146,8 milyonun altına düşməyib. İlk kəskin azalma 2021-ci ildə qeydə alınıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA