Müdafiə Nazirliyi: "Nəcməddin Sadıkov hazırda hərbi xidmətdə deyil..."

img

28-01-2021 [13:03]


Nəcməddin Sadıkovun səhhətində ciddi problem yaranması, Moskvada açıq ürək əməliyyatı keçirməsi barədə məlumat yayılıb.

Müdafiə Nazirliyindən bununla bağlı bildirilib ki, Nəcməddin Sadıkov hazırda hərbi xidmətdə deyil.

Qeyd edək ki, general-polkovnik N. Sadıkov Müdafiə Nazirliyinin Baş Qərargah rəisi idi.

Onun adı hələ Qarabağ döyüşləri zamanı nazirliyin rəsmi saytının struktur bölməsindən də çıxarılıb. Lakin həmin vaxtdan indiyə qədər MN heç bir rəsmi açıqlama verməyib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA