Balıq tutmağa getdi, narkotik yığdı - Saatlıda əməliyyat

img

11-12-2013 [14:04]


Saatlı rayonunda narkotik vasitələrin qanunsuz dövriyəsilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıb. Saatlı rayon polis şöbəsinin əməkdşları tərəfindən həyata keçirilən tədbir zamanı narkotik alveçilərinin üzərinə baxış keçirilən zaman kibrit qutusunda marixuana aşkarlanıb. Araşdırma zamanı müəyyən olub ki, Saatlı rayon sakini olan Sənan Aslanov narkotik vasitəni həmyerlisi Vüqar Mehdiyevdən alıb.

Əməliyyat axtarışları zamanı adı çəkilən Vüqar Mehdiyevdə saxlanılıb. Onunda üzərinə baxış keçirilən zaman bir qutu qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Vüqar Mehdiyev bu işlə ilk dəfə məşğul olduğunu və narkotik vasitəni Müşfiq adlı şəxsdən satış məqsədilə aldığını bildirib. Əməllərini etiraf edən Vüqar peşman olduğunu söyləyib.

 Polis əməkdaşlarının keçirdiyi axtarış zamanı Saatlı rayon sakini Müşfiq Abdullayev ələ keçib. Dindirilmə zamanı Müşfiq əməllərini etiraf edib. Narkotik vasitəni isə balıq tutmağa gedən zaman çöl sahəsindəki çətənə kollarından yığdığnı söyləyib. Müşfiq Adbullayev əldə etdiyi marixuananı Vüqara satığını bildirib.

Saxlanılan hər 3 şəxs cinayət məsuliyyətinə cəlb olunub. Onlardan ikisi narkotik vasitələrin dövriyəsi, biri isə istifadəçisi qismində tutulub.

Faktla bağlı araşdırma aparılır.

anspress.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA