Mərkəzi Bankdan yayılan xəbərə reaksiya: "500 manatlıq pul nişanı tədavülə buraxılmayıb"

img

22-01-2021 [16:45]


Son dövrlər sosial şəbəkələrdə üzərində Xarı Bülbül, Şuşa qalası, at və s. əks olunan 500 manatlıq “kağız pul nişanı"nın təsvirləri yayılıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir.

"Konstitusiya və “Mərkəzi Bank haqqında” qanunun tələblərinə uyğun olaraq milli pul nişanlarının dizaynının hazırlanmasını və tədavülə buraxılmasını yalnız AMB həyata keçirir. 500 manatlıq pul nişanı tədavülə buraxılmayıb və sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Vətəndaşlarımızı bu məsələlərdə ehtiyatlı olmağa və milli pul nişanlarımıza dair məlumatları AMB-dən və onun internet səhifəsindən əldə etməyə çağırırıq",


Digər xəbərlər
SON XƏBƏRLƏR
22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA