Kəmaləddin Heydərovla bağlı şok iddia yayıldı: "Ölkədən 28 milyard çıxarıb..."
22-01-2021 [12:41]
Təxminən iki il öncə, 2019-cu ilin dekabrında həmin vaxt Dövlət Gömrük Komitəsinə (DGK) ilyarımdır rəhbərlik edən Səfər Mehdiyev sensasiya sayıla biləcək açıqlama ilə çıxış etmişdi. Xarici Ticarət İştirakçılarının "Gömrük sahəsində islahatlar: "Yaşıl dəhliz" sisteminin tətbiqinin nəticələri və perspektivlər" mövzusunda 2-ci Respublika Forumundakı nitqində Mehdiyev gömrük sistemində tətbiq edilən yeniliklərin maliyyə nəzarətinin gücləndirilməsinə, uçotun düzgün qurulmasına, ticarətin asanlaşdırılmasına, idxal-ixrac əməliyyatlarının həcminin artırılmasına şəriat yaratdığını bildirmiş və bunun nəticəsində son iki ildə (2018-2019) gömrük orqanları tərəfindən əlavə 2 milyard manat vəsaitin dövlət büdcəsinə köçürüldüyünü bəyan etmişdi.
"Unikal" qəzetinin bügünkü sayında qeyd edilib ki, bu, Azərbaycanda ard-arda iki devalvasiyanın baş verməsindən cəmi iki il sonra yaşanmışdı, həmin rəqəm daha yüksək ola bilərdi.
Buradan eyni zamanda, belə aydın olurdu ki, uzun illər boyunca gömrük sistemində milyardlarla manat vəsait qeyri-şəffaflığın, "kölgə iqtisadiyyatı"nın qurbanı olub və kimlərincə cibinə axıb.
Bu məqamda isə diqqətlərin hazırda Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova yönəlməsi təbiidir. 1995-ci ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin sədri təyin olunan Heydərov bu vəzifədə 11 il çalışıb; 2006-cı ildə indiki vəzifəsinə təyinat almasına baxmayaraq adıçəkilən Komitə üzərində nəzarətini daha 13 il qoruyub saxlayıb.
2018-ci ildə DGK-yə Səfər Mehdiyevin sədr təyin olunmasından sonra "fövqəlnazir"in gömrük sistemi üzərindəki 23 illik hökmranlığı da tarixə qovuşub. Məhz bundan sonra isə yuxarıda haqqında bəhs etdiyimiz fakt – hər il milyardlarla manatın dövlət xəzinəsindən yayındırıldığı aydın olub. Həmin proses 2006-2015-ci illərdə Heydərovun gömrük orqanındakı yaxın adamlarından biri vasitəsilə, 2015-2018-ci illərdə isə o zaman Bakı Baş Gömrük İdarəsinin adı bir qayda olaraq korrupsiya qalmaqallarında hallanan keçmiş rəisi Vüsal Novruzov tərəfindən həyata keçirilib.
Tale Heydərov
Təkcə 2018-2019-cu illərdə gömrük orqanları tərəfindən əlavə 2 milyard manat vəsaitin dövlət büdcəsinə köçürüldüyünü nəzərə alsaq, kiçik bir hesablama nəticəsində aydın olacaq ki, K.Heydərov Dövlət Gömrük Komitəsinə rəhbərlik və nəzarət etdiyi illər ərzində təxminən 28 milyard manata yiyələnib. Həmin vəsaitin ölkədən elə gömrük orqanı vasitəsilə, "TIR"larla çıxarıldığı güman edilir. Bu pullar əsasən Rusiyaya, oradan isə İngiltərəyə, Almaniyaya, Birləşmiş Ərəb Əmirliklərinə, İsrailə və s. yönəldilib.
"Fövqəlnazir"in ölkədən kənarda, adı çəkilən dövlətlər başda olmaqla, dünyanın bir çox nöqtəsində ailə biznesi mövcuddur. Elə gömrük sistemindən mənimsənilən milyardlar da bu biznes vasitəsilə "yuyulub". Sözügedən pullar Heydərovun oğullarının yaratdığı ofşor şirkətlərə, Londondan tutmuş Dubayacan dünyanın bir sıra böyük şəhərlərində alınan daşınmaz əmlaka, mülklərə yönəldilib. Unutmayaq ki, yalnız yerli yox, xarici mənbələr də "fövqəlnazir" barədə ofşor zonlarda on milyardlarla manatlıq sərvətin sahibi kimi göstərilir. Ən maraqlısı isə adıçəkilən nazirin belə iddiaları təsdiqləməsə də, hələ ki, şəxsən yalanlamaması, ya da buna ehtiyac görməməsidir. Ölkədən çıxarılan həmin on milyardların indiki şəraitdə əhəmiyyəti xüsusilə qabarıq nəzərə çarpır. Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər sayəsində işğaldakı torpaqlarımız düşməndən azad edilib. Qarşıda yeni mərhələ – azad edilən torpaqlarda bərpa və yenidənqurma işlərinin aparılması dayanır. Razılaşaq ki, haqqında danışılan təxminən 28 milyard manatla bu işlərin böyük hissəsini həyata keçirmək mümkündür.
Mövzu ilə bağlı danışdığımız tanınmış iqtisadçı Samir Əliyevin də fikrincə, əslində indiyədək baş verənlər, eləcə də, mətbuatda yazılanlar deməyə əsas verir ki, ölkədən böyük vəsaitlər çıxarılıb."Kütləvi informasiya vasitələrində bugünədək dəfələrlə qeyd edilib ki, gəmilərlə, yaxud təyyarələrlə çemodanlarda iri məbləğdə pullar xaricə daşınıb. Reallıq ondan ibarətdir ki, adi vətəndaş və sahibkar ölkədən pul çıxara bilmir. Əvvəllər belə idi ki, pul köçürmək istəyən şəxs xüsusi yerlərə gedirdi və orada köçürməni həyata keçirirdi. Pul köçürmə zamanı da digər ölkələrin müəyyən şərtləri var idi. Bunun vergisi çox aşağı idi. Ona görə də insanlar banklar vasitəsilə yox, bu cür qeyri-rəsmi yolla pul köçürmələrini həyata keçirirdilər. Belə pul köçürmələrinin isə ölkə iqtisadiyyatına böyük ziyanı dəyir. Çünki Mərkəzi Bank həmin köçürmələri izləyə bilmir. Nəticədə ölkədən nə qədər valyuta çıxdığını müəyyən etmək mümkün olmur".

Vüsal Novruzov
S.Əliyev ölkədən böyük pulların çıxarılmasının başqa bir maraqlı sxemindən də danışıb: "Bu sxem ondan ibarətdir ki, məsələn, məhsul ixrac olunur, lakin pul ölkəyə gəlmir. Pul xaricdə başqa istiqamətdə yönəlir. Hətta bir müddət əvvəl belə bir qərar verilmişdi ki, həmin vəsaitlər qısa müddətdən sonra Azərbaycana qayıtmalıdır. İxrac olunan məhsulun pulu xarici bankda çox qala bilməz. Bunun üçün öncə 180 gün vaxt verdilər, sonra isə həmin vaxtı uzatdılar. Bunun özü də ölkədən böyük pulların xaricə daşınmasının bir yolu idi. Ümumiyyətlə, Azərbaycandan kənara valyuta axını müxtəlif formalarda həyata keçirilir, nəticədə isə bundan kimlərsə qazanır, lakin ölkə iqtisadiyyatı itirir...".
Elvin Rüstəmov
Mənbə: https://www.unikal.org/news/275823/kemaleddin-heyderov-olkeden-28-milyard-pul-cixarib
Xırdalanda tıxac.. - Yeni yeraltı tunel açılacaq
ALİ MƏHKƏMƏ DAHA BİR İŞ ÜZRƏ VAHİD QƏRAR QƏBUL ETDİ
"Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir
Ukrayna Rusiyanın daha bir neft bazasını vurub
Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç olub
43 yaşlı Samiq Abuşov 20 kq narkotiklə saxlanılıb
Azərbaycan neftinin qiyməti 70 dollara çatır
Daha bir nəfər dəm qazından ölüb
“Qarabağ” Liperpula kimə hədiyyə aparıb? - Klub üzvləri “Duty Free”dən bol bazarlıq etdi (VİDEO)
TRAMP İRAQI HƏDƏLƏDİ: "Əgər onu Baş nazir seçsəniz..."
Ərdoğanla Tramp telefonda danışdı - Nələr müzakirə olunub?
BMT-dən Fars körfəzindəki gərginliyə reaksiya: "Çox narahatıq"
"AVROPA OYANDI" - Almaniya kansleri ABŞ-a belə mesaj verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Özümüzü "Liverpul"la oyuna kökləməliyik" - Qurban Qurbanov
İsrail təyyarəsi Suriyanın əkin sahələrinə naməlum maddə səpib - Test nümunələri götürülüb
Türkiyə ilə Nigeriya arasında doqquz yeni sənəd imzalandı - SİYAHI
Ali Məclisin Aparat rəhbəri vəzifədən azad edilib
"Beşiktaş"ın futbolçusuna ağır itki üz verdi - Atası qəzada öldü
Nigeriya prezidenti Ankarada qarşılanma mərasimində yıxıldı - Hadisə anının VİDEOSU
Azərbaycanla Errmənistan arasında yeni razılaşma olub - Mayeləşdirilmiş qaz və bitumla bağlı
"Qalatasaray"ın həbsdə olan keçmiş vitse-prezidentinn obyektinə silahlı hücum olub - Gecə yarısı
Əli Əsədov hökumət üzvlərini topladı: iclas keçirildi - FOTO
PA-nın vəzifəli şəxslərinin qəbul günü açıqlandı - CƏDVƏL
Şəki Olimpiya Kompleksində ciddi səhvlərə yol verilib - FOTO
Fəhlə daş karxanasında faciəli şəkildə ölüb
Tramp bölgəyə nəhəng hərbi qüvvə göndərdiyini təsdiqlədi: "İranın razılaşmaq istəyir, dəfələrlə zəng ediblər"
NAZİR MƏRKƏZ DİREKTORUNU VƏZİFƏDƏN AZAD ETDİ - Yeni təyinat
Hava ilə bağlı daha bir xəbərdarlıq yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu! - FOTOLAR
MÜŞAVİR və ŞÖBƏ MÜDİRİ NAZİR MÜAVİNLƏRİ TƏYİN EDİLDİ - KTN-də maraqlı dəyişiklik (FOTO, YENİLƏNİB)
Rusiya mediasında Azərbaycan-Türkiyə münasibətlərini pozmağa cəhd edirlər - "Dezinformasiya yayırlar"
Sabah bəzi rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
Məşhur generalın cərrah qardaşı Bakıda marşrutda ölüb
Qəzzada ölənlərin sayı 71662-yə yüksəlib
Bakıda polis əməliyyatı: saxlanılanlar var
Sahibə Qafarova Saqr Qobaşla görüşüb - Müzakirə
İran hökumətinin sözçüsü: "Müharibəyə tam hazırıq"
Nəsimi rayonunda 36 kq narkotik aşkarlanıb