32 yaşlı kişi Yasamal polisində özünü ikinci mərtəbədən atdı - Müəmma

img

10-12-2013 [14:49]



 Bakı şəhər Yasamal rayon Polis İdarəsində təqsirləndirilən şəxs intihara cəhd edib. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılan Astara rayon sakini, 1982-ci il təvəllüdlü Zamin Həsən oğlu Mirzəyev özünü ikinci mərtəbədən pilləkənlərin üstünə atıb. Ağır bədən xəsarətləri almış Z.Mirzəyev Kliniki Tibbi Mərkəzin Travmatologiya şöbəsinə yerləşdirilib.

Mia.az Lent.az-a istinadən xəbər verir ki, hazırda xəstəxanaya yerləşdirilmiş şəxsin müalicəsi nəzarət altında davam etdirilir. Faktla bağlı araşdırma aparılır.

Zamin Hacıyevin nədən intiharcəhd etməsiylə bağlı şubhəli söhbətlər də dolaşır. Mia.az-a daxil olan bu məlumatlarla bağlı dəqiqləşdirmələr aparılır. 32 yaşlı Zaminin yaxınları ilə əlaqə yaratmağa və deyilənlərə aydınlıq gətirməyə çalışacağıq.

   

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA