"Zirə" yeni transferi ilə müqavilə imzalayacaq

img

19-01-2021 [14:25]


"Zirə"nin daha əvvəl anlaşdığı serbiyalı futbolçu Nemanya Ancelkoviç Azərbaycana gəlib.

Bu gün tibbi müayinədən keçəcək 24 yaşlı müdafiəçi ilə rəsmi müqavilə imzalanacaq.

Keçidin detalları hələlik məlum deyil. Lakin legioner oyunçunun 2,5 illik sözləşməyə qol çəkəcəyi gözlənilir.

Qeyd edək ki, Nemanya Ancelkoviç bunadək ölkəsinin "Mokra Qora", "Radnik", "Yavor" və "Metalats" klublarında çıxış edib. Onun son komandası "Zlatibor" (Serbiya) olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR