Dünya neft bazarlarında “Brent” markalı neft bahalaşır

img

19-01-2021 [11:59]


Dünya neft bazarlarında “Brent” markalı neft bahalaşır.

“İnterfaks” xəbər verir ki, Londondakı “ICE Futures” birjasında “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 0,33 ABŞ dolları (0,6%) bahalaşaraq 55,08 ABŞ dollarına yüksəlib.

Digər yandan, WTI markalı neftin fevral fyuçersləri NYMEX-də cümə gününün bağlanış səviyyəsi ilə müqayisədə 0,04 ABŞ dolları (0,08%) ucuzlaşaraq bir barel üçün 52,32 ABŞ dolları təşkil edib. Yanvarın 18-də ABŞ-da Martin Lüter Kinq Gününün qeyd olunması səbəbindən ticarət həyata keçirilmədiyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA