ONLARIN PENSİYA VƏ TƏQAÜDLƏRİ ARTIRILIB - ƏƏSMN açıqlama yaydı
12-01-2021 [21:34]
“Bildiyiniz kimi, bu ilin əvvəlindən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin təqaüdündə ciddi artımlar edildi. Eyni zamanda yeni sosial dəstək paketi çərçivəsində I dərəcə əlilliyi olan şəxslərin (müharibə ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla) sosial müavinət, təqaüd və pensiya əlavələri də optimallaşdırılıb”.
Mia.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.
Onun sözlərinə görə, indiyədək I dərəcə əlilliyi olan şəxslərin (müharibə ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla) pensiyasının üzərinə 22 manat əlavə olunmaqla verilirdi. 2021-ci ilin əvvəlindən bu əlavə (müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin pensiyasına əlavələr istisna olmaqla) ləğv olunsa da, əvəzində onlara verilən 100 manat təqaüd 30 manat artırılaraq 130 manata çatdırılıb.
Beləliklə, I dərəcə əlilliyi olan şəxslərə yönələn sosial ödəniş nəticə etibarilə azalmır, əksinə, daha da artırılır.
“Eyni zamanda, I dərəcə gözdən əlilliyi olan şəxslərin pensiyasının üzərinə edilən 110 manat əlavə də onların aldıqları 100 manat təqaüdlə birləşdirilib və 2021-ci ilin əvvəlindən onlara aylıq 210 manat təqaüd müəyyən edilib”.
O, qeyd edib ki, fəlsəfə doktoru elmi dərəcəsinə görə pensiyanın üzərində verilən 120 manat əlavənin əvəzində də onlara yeni 120 manat məbləğində təqaüd təsis edilib: "Habelə elmlər doktoru elmi dərəcəsinə görə pensiyanın üzərində verilən 200 manat əlavənin əvəzində onlara yeni 200 manat təqaüd veriləcək. Göründüyü kimi, qeyd olunan şəxslərə yönələn sosial ödənişin forması dəyişsə də, nəticə olaraq onun məbləği dəyişmir.
Ona görə də hazırda yanvar ayının pensiyasını alarkən müvafiq əlavənin olmadığını gördükdə bilsinlər ki, həmin əlavə məbləğ onların təqaüdləri ilə birləşdirilməklə və ya təqaüd formasında veriləcək. Yaxın günlərdə yanvar ayı üzrə təqaüdlərin də verilməsi təmin olunacaq.
Fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan şəxslərə isə bildiririk ki, onlara qeyd edilən təqaüdlər elektron qaydada, proaktiv şəkildə təyin olunaraq ödəniləcək. Buna görə də təqaüd təyinatı ilə bağlı onların hər hansı quruma müraciət etmələrinə ehtiyac yoxdur”.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL QADIN NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi
AAYDA-da YOXLAMA: KEÇMİŞ SƏDRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Bir neçə vəzifəli şəxs istintaq cəlb olunub
Mikayıl Cabbarov özünə daha bir müşavir götürdü
“Rahat”, “Grandmart”, “Bolmart”...- İşçilərn maaşı niyə verilmir?
Xətainin icra başçısına ağır itki üz verib
“Neftçi”-“Qarabağ” oyununun təxirə salınmasının səbəbkarı kimdi? - Cenk Sümerdən mia.az-a eksklüziv ilginc açıqlama (VİDEO)
Mehriban Əliyeva AGF prezidenti seçildi - Yığıncaq + FOTOLAR
Dini təşkilatlar hesabat verib
"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı
TƏBİB sədri vəzifəsindən azad edildi - Vüqar Qurbanov "Qərara hörmətlə yanaşıram" dedi (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TƏBİB-in köhnə müavini - yeni sədr əvəzi kimlərə mesaj verdi: "Kadr dəyişikliyi olacaq"
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəlilabadda 52 yaşlı kişi öldürülüb
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq